Məcburi köçkünlərin “çörəkpulu” kəsilib?backend

Məcburi köçkünlərin “çörəkpulu” kəsilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov işləyən məcburi köçkünlərin dövlət tərəfindən onlara ayrılan 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

İcma rəhbəri B.Səfərov Ölkə.Az-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil:

“Bu barədə heç bir məlumatım yoxdur. Biz bilmiriksə, deməli doğru xəbər deyil. Əgər bu doğru xəbər olsaydı, onunla bağlı müvafiq qərar və ya sərəncam olardı”.

Xatırladaq ki, “Gununsesi.info” saytı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun əmrinə əsasən “çörəkpulu” alan məcburi köçkün ailələriylə bağlı yeni qərarların qəbul edildiyini yazıb.

Saytın məlumatında bildirilir ki, həmin qərara görə, artıq işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan (18 manat 15 qəpik məbləğində vəsaitdən) məhrum ediliblər.

Bundan başqa məcburi köçkünlərə kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazlar da ləğv edilib.

İnterpress.az