İlham Əliyev İsveçrə prezidenti ilə görüşəcəkbackend

İlham Əliyev İsveçrə prezidenti ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Business Standard” nəşrinə istinadən xəbər verir ki, prezidentlər gələn həftə Ümumdünya İqtisadi Forumu çərçivəsində görüş keçirəcəklər.

Xanım Loythard dekabr ayında prezident seçilib və yanvarın 1-dən vəzifələrinin icrasına başlayıb. Bu, onun İsveçrənin dövlət başçısı postunda ikinci müddətidir. O, 2010-cu ildə Konfederasiyaya rəhbərlik etmişdi.

Eyni zamanda, Doris Loythard ətraf mühit, nəqliyyat, energetika və rabitə naziridir. Nazir postunda olduğu müddətdə o, 2011-ci ildə Azərbaycana səfər etmiş və prezident İlham ƏIiyev tərəfindən qəbul olunmuşdu.

Davos forumunda 30-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

İnterpress.az