ABŞ Astana görüşünə dəvət edilməyibbackend

ABŞ Astana görüşünə dəvət edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xbər verir ki, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Astana görüşündən xəbərdardır:

“Dövlət katibi rusiyalı və türkiyəli həmkarları ilə əlaqə saxlayaraq Suriya problemini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik”, – deyə o vurğulayıb.

Türkiyənin ABŞ-ı Suriyalı kürdlərə dəstək verdiyinə görə tənqid etməsi ilə bağlı suala cavabında Toner deyib: “Türkiyə önəmli bir tərəfdaşdır və Türkiyə ilə tərəfdaşlığımızı ciddiyə alırıq. Bunun üzərində çalışırıq”.

Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya rəsmləri Moskvada bir araya gəlib.

İnterpress.az