Baş nazir xəstəxanadan evə buraxıldıbackend

Baş nazir xəstəxanadan evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün baş nazirin hökumət iclasına rəhbərlik edəcəyi gözlənilir.

P.Centiloni bu həftənin əvvəlində Paris səfərindən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Baş nazir burada damarlarında cərrahiyyə əməliyyatı keçirmişdi.

Xatırladaq ki, 62 yaşlı Centiloni ötən ilin sonlarında Matteo Rensinin istefasından sonra Prezident Serco Mattarelladan müvafiq mandat alaraq baş nazir postuna təyin olunub. Buna qədər o, İtaliyanın Xarici İşlər Nazirliyinə başçılıq edib.

İnterpress.az