P.Lou Mercedes-i tərk edibbackend

P.Lou Mercedes-i tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou Williams komandasında rəhbər vəzifələrdən birini tutmaq üçün çempion komandasını tərk edəcək. Britaniyanın SkySports resursu bildirib ki, keçidin birinci hissəsi baş tutub – Lou artıq Mercedes-dən gedib.

Mercedes komandası xəbəri şərh etməkdən boyun qaçırıb. Lounun Williams-la müqaviləsinin bu günlərdə təsdiq olunması gözlənilir. (f-1.az)

İnterpress.az