Gürcüstanın birinci xanımının qardaşı saxlanıldıbackend

Gürcüstanın birinci xanımının qardaşı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Mixail Mqaloblişvili Gürcüstan CM-nin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə odlu silah əldəetmə, saxlama, gəzdirmə maddəsi ilə ittiham olunur. Saxlanılan şəxsi 6 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

Daxili işlər nazirliyindən verilən məlumata görə, Mixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib. Gürcüstanın \”İmedi” televiziyasının məlumatına görə, saxlanılan M. Mqaloblişvilinin vəkili hadisəyə şərh verməyib.

Nazirlikdən bildirilib ki, M. Mqaloblişvili üç dəfə məhkum olunub. O, 17 il həbs cəzasına məhkum edilib, lakin, üç ildən sonra, 2015-ci ildə Gürcüstan Prezidenti onu əfv edib. O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azad edilib. 2009-cu ildə isə o, yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib. (apa)

İnterpress.az