29 yaşlı Bakı sakininin 38700 manat pulu əlindən alınıbbackend

29 yaşlı Bakı sakininin 38700 manat pulu əlindən alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Sahib İlham oğlu Əliməmmədov Abşeron Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2016-ci ilin avqust ayında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əbdulrəhman Pənah oğlu Mehdiyev onu ev tikmək adı ilə aldadaraq 38700 manat pulunu alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az