Küləkli hava davam edəcəkbackend

Küləkli hava davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

İnterpress.az