Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı – 37 ölü – YENİLƏNİR – VİDEObackend

Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğradı – 37 ölü – YENİLƏNİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb. ( apa )

***

Təyyarə qəzası nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Təyyarənin düşdüyü ərazidə 15 birmərtəbəli yaşayış evi dağılıb.

***

Honkonq-Bişkek uçuşu zamanı təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfər çatıb.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən məlumat verilib. Qəza nəticəsində 8 nəfər ağır yaralanıb. Onlardan 6-sı azyaşlılardır.


***

Bu gün səhər saatlarında baş verən qəza nəticəsində 30-dan çox insan ölüb.

Qırğızıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib. Bölgədə xilasetmə əməliyyatları aparılır.

İnterpress.az