“Bakıya gəlməyimizə kömək edin” – VİDEObackend

“Bakıya gəlməyimizə kömək edin” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ictimai fəal Tamella Arzumanyanın Yerevandan göndərdiyi video-müraciətində belə deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl əslən Azərbaycandan olan, Qarabağ münaqişəsinin başlanğıcından sonra Ermənistana köçən və hazırda Yerevanda yaşayan ictimai fəal Tamella Arzumanyan Ermənistanın hakimiyyətini kəskin ittiham edərək mövcud rejimin onun vətəndaş hüquqlarını pozduğunu bildirmiş və beynəlxalq ictimaiyyətə böyük rezonansa səbəb olmuş müraciətlə çıxış etmişdi. Həmin müraciətdən sonra T.Arzumanyan və onun ailə üzvləri Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən yeni təzyiqə məruz qalıblar.

T.Arzumanyan yenidən beynəlxalq təşkilatlardan vəziyyətə müdaxilə etmələrini və onları düşdükləri çıxılmaz vəziyyətdən qurtarmalarını xahiş edir: \”Beynəlxalq hüquq müdafiə təşkilatları vasitəsi ilə bizə Bakıya qədər təhlükəsiz çatmağa və təhlükəsizliyimizin təmin olumasına kömək göstərməyinizi xahiş edirəm. Ermənistanın qeyri-qanuni hakimiyyəti bizə siyasi təzyiq göstərməkdə davam edir\”.

İnterpress.azhttps://youtube.com/watch?v=IbKdonxDKJc