“Elektron pulqabı” istifadəyə verildibackend

“Elektron pulqabı” istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.

“Wallet One” sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pulqabının balansını “eManat” ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.

“Elektron pulqabı”nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.

Bu tətbiq “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.

İnterpress.az