İlham Əliyev Almazbek Atambayevə başsağlığı verdibackend

İlham Əliyev Almazbek Atambayevə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

İnterpress.az