Taleh Bağırov məhkəmədə təqsirli olmadığını bildiribbackend

Taleh Bağırov məhkəmədə təqsirli olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Əsgərov son söz deyib. O, günahsız olduğunu bildirib: \”Məhkəmədəki sübut və dəlillərdən aydın oldu ki, biz günahsızıq\”.

Sonra T. Bağırov son söz deyib. O da təqsiri olmadığını bildirib.

Prosesdə fasilə elan olunub. T. Bağırov fasilədən sonra çıxışını davam etdirəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə 2015-ci dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur. ( apa )

İnterpress.az