““Qəbələ” RLS binası sökülə bilərbackend

““Qəbələ” RLS binası sökülə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunun baş memarı Təbriz Abdulxalıqov Modern.az-a açıqlamasında belə deyib.

Adıçəkilən obyektdə heç bir iş prosesi getmirsə, onun sökülməsi gündəmə gələ bilərmi?

Həmçinin, obyektin işlək vaxtlarında onunla birlikdə mövcud olan qurumlar fəaliyyət göstərirmi?

Təbriz Abdulxalıqov səslənən suallara aydınlıq gətirib.

““Qəbələ” RLS-nın fəaliyyəti dayandırıldığından orada heç bir iş prosesi getmir. Ruslar bu hərbi hissəsəni bir neçə il öncə tərk ediblər. RLS-də Azərbaycanın müxtəlif bölgələrindən – Qəbələ, Bakı, Ağdaş, Göyçay, Şəkidən olan insanlar işləyirdi. Stansiya bağlanandan sonra keçmiş işçilər də məcburən başqa sahələrə üz tutdular”.
Baş memarın sözlərinə görə, vaxtilə RLS-də çalışanların ailələri üçün məktəb, uşaq bağçası, kommunal xidmətlər idarəsi fəaliyyət göstərib.

“Bağçanın fəaliyyəti dayandırılıb. Ona görə ki, onun maliyyə tərəflərini idarə etmək çətin idi. Məktəb isə rayon Təhsil şöbəsinin balansında olduğu üçün fəaliyyətni davam etdirir. Orada çalışan müəllimlər əvvəlki kimi işləyirlər”.

Təbriz Abdulxalıqov, onu da bildirib ki, hazırda “Qəbələ” RLS-də yalnız mühafizə xidməti fəaliyyət göstərir.

““Qəbələ” RLS Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib və saxlanılıb. Nə zaman söküləcəyini, yaxud da yenidən başqa formada fəaliyyət göstərəcəyini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bilər. Əmlak Komitəsinin nümayəndəsi burada bir ofis açıb. Həmin nümayəndə heyəti burada oturur. Onlar da ancaq mühafizə işləri ilə məşğuldurlar”.

İnterpress.az