“Neftçi” paraqvaylı futbolçu ilə müqavilə bağlaya bilərbackend

“Neftçi” paraqvaylı futbolçu ilə müqavilə bağlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qış fasiləsində 10 nəfərlə yollarını ayırıb, əvəzində 7 transfer həyata keçirən bakılılarda baş məşqçi Elxan Abdullayev rəhbərlikdən daha bir ön xətt oyunçusu istəyib. Xorvatiyalı Damir Vidoviçi yola salan klubun düşərgəsinə bu gün daha bir oyunçu qoşulub. Bu, Ramon İdalesio Kardosodu. Hücum xəttində çıxış edən paraqvaylı futbolçu “Neftçi”də bir müddət baxışdan keçəcək.

31 yaşlı forvard “Neftçi”yə yerli “Deportivo Kapiata” klubundan gəlib. 2011-ci ildə Paraqvay millisinə dəvət almış və Argentina ilə yoxlama görüşündə iştirak etmiş Kardoso karyerası ərzində Avropada legioner həyatı yaşayıb. O, müxtəlif illərdə Portuqaliyanın “Penafel”, “Setubal” və “Moreyrense” klublarının şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” dövrələrarası fasilədə heyətini Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovla gücləndirib.

İnterpress.az