“Azadlıq” qəzetinin fəaliyyəti sual altındadırbackend

“Azadlıq” qəzetinin fəaliyyəti sual altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Modern.az-a “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib.
Onun sözlərinə görə “Azadlıq” qəzetinin çapı sentyabr ayından dayandırılıb.
““Azadlıq” qəzetinin borcları böyükdür, üstəlik hesabda olan pulu da almaq mümkün olmayıb. Ona görə çox böyük çətinliklər var. “Azadlıq” qəzetinin bundan sonrakı fəaliyyəti sual altındadır. Bizim redaksiyamız “Azərbaycan” Nəşriyyatında yerləşir.

Qəzet çap etməsək də” Azadlıq” qəzetinin saytı vasitəsi ilə hələlik fəaliyyətimizi davam etdiririk. Bir neçə dəfə “Azadlıq” qəzetinə yardım kampaniyası keçirilib. Orada da hesablarda problem yaranmışdı. Onun üçün də yardım edən olmadı”.

O qeyd edib ki, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli həbs olunduqdan sonra dost-tanışdan əldə etdikləri 7000 manat da hesabda qalıb.
“O məbləği də əldə edə bilmədik. Ona görə də hal-hazırda ağır vəziyyət yaranıb. Bizim də “Azərbaycan” Nəşriyyatına külli miqdarda borcumuz var. Maliyyə işi ilə məşğul olmadığım üçün borcun nə qədər olduğunu dəqiq deyə bilməyəcəyəm.

Nəşriyyat bizdən pulunu tələb edir. Hazırda maliyyə durumumuz pis olduğu üçün onlara ödəniş edə bilmirik. “Qasid” firmasının bizə 70 min manat borcu bu gün də qalır. “Qasid” firması da müflis olduqlarını səbəb göstərərək bizə olan borclarını ödəməkdən boyun qaçırırlar. Onlar təsdiq edirlər ki, bizə borcları var. Bununla bağlı üzləşmə aktı da var”.

İnterpress.az