Zorlandığını iddia edən keçmiş direktor müavinindən – Xəbərbackend

Zorlandığını iddia edən keçmiş direktor müavinindən – Xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin vaxt bildirilirdi ki, kollektiv Babayevanın sözügedən məktəbdə işləməsinə etiraz edib.

İnterpress.az xəbər verir kmi, Ölkə.Az qalmaqallı keçmiş direktor müavini barədə daha bir informasiya əldə edib.

Qeyd olunur ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda fəaliyyətə başlayıb. Hələlik onun institutda hansı vəzifəni tutduğu bildirilməsə də, bu təyinatın direktor Tofiq Məmmədovun istəyilə baş tutduğu söylənilir.

Mənbə həmçinin qeyd edir ki, L.Babayeva Tofiq Məmmədova bəzi əməkdaşların işdən xaric edilməsiylə bağlı siyahı da təqdim edib. Sözügedən siyahıda onun keçmiş iş yeri olan 230 saylı orta məktəbin müəllim və texniki heyətinin yaxın qohumları da var.

Xatırladaq ki, Ləman Babayeva keçmiş iş yerində direktor tərəfindən zorlandığını iddia etsə də, sonradan rayon prokurorluğu bu iddianın əsassız olduğunu sübut etmişdi.

İnterpress.az