NİDA fəalına 5 il 6 ay həbs verildibackend

NİDA fəalına 5 il 6 ay həbs verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəman son söz deyib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.

İnterpress.az