Təyyarə qəzasında həlak olanların dəfn xərclərini hökumət ödəyəcəkbackend

Təyyarə qəzasında həlak olanların dəfn xərclərini hökumət ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.

O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin \”MyCARGO Airlines\” şirkətinə məxsus \”Boeing 747-400\” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir. ( trend.az )

İnterpress.az