Davos forumunda fövqəladə hadisə – VİDEObackend

Davos forumunda fövqəladə hadisə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şahidlərin bildirdiyinə görə, Davos və Klosters kurortları arasında təxminən 12 kilometrlik yol bağlıdır. Forum iştirakçılarının əksəriyyəti Klostersdə yaşayır və tədbirə xüsusi təşkil olunmuş şattl-avtobuslarla gəlir. Lakin ötən gecə iki kurortu birləşdirən dağ yolunda baş vermiş hansısa insident nəticəsində hərəkət tamamilə dayanıb, yüzlərlə mikroavtobusdan və digər maşınlardan ibarət kalon hərəkətsiz qalıb. Polis ancaq təcili yardım maşınlarını buraxır. Hələlik insidentin nədən ibarət olduğu açıqlanmır.

Xatırladaq ki, Davos iqtisadi forumunda dünyanın 70-dən çox ölkəsindən nümayəndə heyəti, o cümlədən 30-a yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Forumun iclasları bu gün başlamalıdır.

İnterpress.az