Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü – FOTObackend

Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddiaya görə, Əlixan Muzayev kəndlilərlə birgə hakimiyyətə qarşı silahlı təxribat törətməyi planlaşdırdığı üçün öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Qafqaz Realni” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Onun yerli qüvvələr tərəfindən 15 yanvarda yaxalandığı və daha sonra meyitinin yaxınlarına təhvil verildiyi bildirilib. Hüquq mühafizə orqanları onun ailəsinə bildirib ki, əməliyyat zamanı Muzayev polislərdən birinin silahını götürərək özünə atəş açıb.

Muzayevin ailəsi isə bu versiyanı rədd edib.

Kurçaloya sakinlərinin meyiti gizli şəkildə dəfn etdiyi vurğulanıb.

Tvitterdə isə onun fotoları peyda olub. Qeyd edək ki, Əlixan Muzayevin ölümü ilə bağlı rəsmi açıqlama yoxdur.

Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü - FOTO

İnterpress.az