Avroparlament bu gün özünə yeni sədr seçirbackend

Avroparlament bu gün özünə yeni sədr seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, namizəd qələbə üçün 50% üstəgəl bir səs toplamalıdır.

Avroparlamentin yeni sədri postu uğrunda üç nəfərin mübarizə aparacağı bildirilir. Bunlar 63 yaşlı italiyalı Antonio Tayani (“Avropa Xalq Partiyası”), onun həmvətəni, 58 yaşlı Canni Pitella (“Avropa Sosialistləri Partiyası”) və Avropa Parlamentində liberal demokrat qrupunun rəhbəri, 63 yaşlı belçikalı Qi Verhofstadtdır.

Parlamentarilər həmçinin 14 sədr müavini, eləcə də inzibati və maliyyə məsələləri ilə məşğul olacaq 5 məsul şəxsi seçəcəklər.

İnterpress.az