“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu – FOTObackend

“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, münsiflərin qərarı ilə azərbaycanlı rəssam 400 avro ilə mükafatlandırılıb.

S.Soltanlının sözlərinə görə, o, müsabiqəyə 4 əsər göndərdiyi üçün dünənədək hansının yer qazandığını bilmirmiş. Nəhayət İspaniyadan rəssama xəbər gəlib. Soltan Soltanlıya məlum olub ki, onun 2016-ci ildəki “Aprel döyüşləri”nə həsr etdiyi rəsm əsəri beynəlxalq müsabiqədə ikinci yeri tutub.

“Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım (60×90 sm). Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin “Aprel döyüşləri”ndən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.

Bildirək ki, adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tauan Çuntraskauvon qazanıblar.

Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək. (modern.az)

“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

İnterpress.az