Misirdə əsgərlər öldürüldübackend

Misirdə əsgərlər öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Newsru”-ya istinadən bildirir ki, naməlum yaraqlılar dünən axşam Misirin Vadi əl-Qedid əyalətinin cənubunda ordu hissələrinə hücum edib.
Hücum nəticəsində 8 əsgər öldürülüb 3- isə yaralanıb. Cavab atəşi açan əsgərlər iki yaraqlını yerindəcə öldürməyə nail olub.
Qeyd edək ki, Misir ordusu 2013-cü ildə Sina yarmadasında keçirtdiyi əməliyyat nəticəsində 1000-dən çox “İŞİD” terrorçularını məhv etməsinə baxmayaraq, bir neçə yüz terorçu qaçmağa müvəffəq olub. Ordu vaxt aşırı hücumlara məruz qalır.

İnterpress.az