Uçan taksilərin istifadə tarixi açıqlandıbackend

Uçan taksilərin istifadə tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “NTV”-yə istinadən bildirir ki, “Airbus” 2018-ci ildən uçan avtomobillərin istehsalına başlayacaq. “Project Vahana” adlanan layihə üzərində işlər keçən ildən başlayıb və gələn il artıq bu maşınların ilk test uçuşları keçiriləcək.
Məlumatda bildirilir ki, şirkət 2020-ci ildə uçan avtomobillərin kütləvi istifadəsini planlayır. İlkin olaraq uçan avtomobillər taksi xidməti kimi fəaliyyət göstərəcək və dünyanın ən iri şəhərlərində istifadəyə veriləcək. Bu taksilərin istifadəsi telefon üzərində sifariş ilə planlanır. İlkin mərhələdə bu maşınları xüsusi hazırlanmış pilotlar sürəcək. Daha sonra isə mərkəzləşdirilmiş sistem qurularaq pilotsuz istifadəyə veriləcək.

İnterpress.az