İcra Hakimiyyətinə məxsus avtomobil piyadanı vurdubackend

İcra Hakimiyyətinə məxsus avtomobil piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi \”Hyundai\” markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, \”Hyundai\” markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi \”Hyundai\” markalı avtomobil BŞİH-nin xidməti maşınıdır.
Faktla bağlı araşdırma aparılır.

İnterpress.az