Sabah Bakıda yağış yağacaqbackend

Sabah Bakıda yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə zəif duman, çiskin olacaq, axşam isə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 2-4°, gündüz 6-9, ° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

İnterpress.az