Azərbaycanda terrora meyl çoxalır?backend

Azərbaycanda terrora meyl çoxalır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə qeyd olunub ki, 58 nəfərin ölkə hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etdiyi üçün Azərbaycan vətəndaşlığından məhrum edilib. Maraqlıdır, Azərbaycan kimi kiçik bir ölkədə 58 nəfərin terrorçuluqda ittiham edilərək vətəndaşlıqdan məhrum edilməsi ölkəmizdə terrora, terrorçuluğa meylin artması kimi dəyərləndirilə bilərmi?

İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Ələsgər Məmmədli məlum statistikanın bu şəkildə dəyərləndirilməsini doğru hesab etmədiyini vurğuladı:
“Mən inanmıram ki, bu statistika dediyiniz nəticəni çıxartmağa imkan versin. Çünki bu insanların terrorla nə qədər əlqədar olduğunu biz bilmirik. Bu, sadəcə ümumi qərardır. Məsələn, Fuad Qəhrəmanlı və Faiq Əmirlini hansısa qrupla əlaqələndirib həbsdə saxlayırlar. Lakin reallıqda onların həbs tələbi siyasidir.
Azərbaycanda terrorizmə meyl yoxdur. Doğrudur, biz metroda, Neft Akademiyasında terror aktlarının şahid olmuşduq. Lakin bunlar dünyadakı hazırkı terroir olayları ilə fərqli şeydir. Ermənistan dövlətinin hazırladığı və icra etdiyi terror aksiyaları var. Lakin Azərbaycanda yaşayan qrupların, insanların Azərbaycan xalqına yönəlik terror niyyəti və addımı yoxdur”.

İnterpress.az