Qadınlarda ehtirasın qarşısını almaq üçün – Sünnətbackend

Qadınlarda ehtirasın qarşısını almaq üçün – Sünnət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibədə geniş yayılmış qadın sünnəti barədə danışılır. Təşkilatda bunu cinsi əməliyyat adlandırırlar.
Tədqiqat müəllifləri müsahibələri şəxsi məlumatlar göstərilmədən yazılı şəkildə təqdim ediblər. İnterpress.az xəbər verir ki, BBC-nin Rusiya xidmətinə təşkilat tərəfində daxil olan məlumata görə bu müsahibələri onlarda Dağıstan Prokurorluğu tələb edib.

\”Bizim mövqeyimiz dəyişməyib. Biz Dağıstan prokurorluğundan respublikada uşaq hüquqlarının qorunması üzrə səlahiyyətli oqranlara müraciət edilməsini və bu problemin həlli istiqamətində işə başlanmasını xahiş edirik \”, -deyə məlumatda bildirilir.

\”Qızların cinsiyyət orqanlarında əməliyyatların aparılması\” barədə hesabat 2016-cı ilin avqustunda Dağıstanda aparılan tədqiqat nəticəsində meydana çıxıb. Tədqiqata görə Dağıstan kəndlərində dünyanın bir çox ölkələrində qadağan olunan qadınların sünnəti bu günə qədər davam etməkdədir. Sünnət əməliyyatlarının ən çox Dağıstanın ucqar kəndlərində həyata keçirildiyi qeyd olunub.

3 yaşından və daha yuxarı yaşda uşaqlarda aparılan bu əməliyyatlar bir qayda olaraq ev şəraitində aparılır. Təşkilatın açıqlamalarına görə bu, qızlarda və qadınlarda ciddi psixoloji pozuntulara gətirib çıxarır.

Hesabatın müəlifi, fondun baş hüquqşünası Yuliya Antonovanın verdiyi məlumata görə tədqiqatın keçirilməsində başlıca çətinlik kənd sakinlərinin bu mövzunu müzakirə etmək istəmədikləri olub.

Bununla yanaşı Antonova yerli rəhbərliyin bu təcrübəyə tamamilə müqavimət göstərməyə hazır olduğunu bildirib. Ötən ilin dekabrın 13-də Dağıstan prokurorluğu təşkilata təhqiqat başlamaq üçün gərəkən şərtlərin əks olunduğu faks göndərib.
Prokuroluq təşkilatdan bu cür əməliyyatların keçirilməsi faktı barədə şəxsi məlumatların, həmçinin bu əməliyyatlarda iştirak edən şəxslər barədə məlumatlar verməyi xahiş edib.

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin başçısı İsmayıl Berdiyev qadın sünnətinin zərəsiz olduğunu deyib. Lakin Rusiyada Müftilər Şurasında bu təcrübə tənqid olunub.

\”İnamla demək olar ki, qadınların sünnəti Afrika xalqına mənsub olan və ritual ayinlərə asaslanan etnik adətdir. Bu islam ideologiyasına tamamilə yaddır. O ki qaldı sünnətdə məqsədin ehtirasın qarşısını almaq məsələsinə, buna dair heç bir fakt yoxdur. \”, – deyə şuranın sədr müavini Ruşan Abbyasov bildirib.

\”Rusiya Ədalət Təşəbbüsü\” qeyri-kommersiya təşkilatı 2001-ci ildə Niderlandın Utrecht şəhərində qeydiyyatdan keçib və Çeçenistanda, İnquşetiyada, Kabardin-Balkariyada və Dağıstanda insan haqlarının pozulması faktlarının monitorinqini aparır.

İnterpress.az