“Məni işdən kim çıxarıb? Hazırda işdəyəm”backend

“Məni işdən kim çıxarıb? Hazırda işdəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Şəmkir Rayonu Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov deyib. O, Şəmkir Rayon Təhsil Şöbəsinin onunla bağlı verdiyi qərardan xəbərsiz olduğunu bildirib:

“Məni işdən kim çıxarıb? Nə vaxt çıxarıblar? Mənə bu barədə məlumat verməyiblər. Heç nədən xəbərim yoxdur. Bütün günü məktəbdə olmuşam.”

Şəmkir rayon Təhsil Şöbəsi Seyfəli kənd orta məktəbinin direktoru Akf Namazovu əmək məcəlləsinin 70 maddəsinin “c” bəndinə görə tutduğu vəzifədən kənarlaşdırıb. Bundan əlavə, direktorun işi araşdırılması üçün Baş Prokurorluğa göndərilb.