”Körpəmiz onun səhlənkarlığından tələf oldu”backend

”Körpəmiz onun səhlənkarlığından tələf oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, M.Zeynalova Criminal.az saytına açıqlamasında bildirdi ki, bu il yanvarın 9-da Yasamal rayonu ərazisində yerləşən Mirqasımov adına Respublika xəstəxanasının doğum şöbəsinə gəlini Qasımova Turanə Vidadi qızının doğuşu ilə əlaqədar müraciət edib və bütün problemi də bundan sonra başlayıb: \’\’Gəlinimi qeydiyyat otağında qeydiyyata alıb bütun lazımi olan müayinə və analizlərdən keçirib şöbəyə qəbul etdilər. Şöbə müdiri ilə gorüşmək istəsəm də, mühafizəcilər bunun mümkünsüz olduğu dedilər. Qeydiyyat otağında doğum şöbəsinin müdiri Zara (Zəhra Abbasova) adlı həkimlə telefonla danışıb gəlinimin Turanənin gözü zəif olduğu üçün qeysəriyyə olunmasını xahiş etdim. Zara xanım gəlinimi həmin gün palataya yerləşdirdi. Lakin palataya yerləşdirsələr də, xəstənin halı maraqlanan olmadı. Səhəri gün xəstəxanaya gedəndə gəlnimin halı yaxşı deyildi.

Gəlinim dedi ki, burda kimnən nəsə soruşanda da pul ilə cavab verirlər. Zara xanıma 2 dəfə zəng etdım telefona cavab vermədi, bir neçə dəqiqədən sonra Zara xanim mənə zəng edib kimsiz deyə sual verəndə dedim ki, gəlnimin vəziyyəti yaxşı deyil, bərk ağrıyır xahiş edirəm gəlnimi əməliyyat edin uşağı götürün. Zara xanım dedi ki, xəstəm çoxdur, reanimasiyada yer yoxdur, bu gün vaxtım yoxdur, məni narahat etməyin. Bir neçə saat orda gözlədikdən sonra palata həkimi Elnurə həkimə yalvardım ki, xahiş edirəm gəlinim çox ağrıyır, onu əməliyyat edin uşağı götürün. O da mənə dedi ki Zara xanımsız heçnə edə bilmərəm. Yenidən Zara xanima zəng etdim, gəlinim bərk ağrıyır, dözə bilmir, xahiş edirəm onu əməliyyata götürün desəm də dedi ki, məni narahat etməyin, gedin işinizlə məşğul olun, mənə işimi öyrətməyin, mən vaxtını bilirəm hələ sizin gəlininizin vaxtına var\’\’.

M.Zeynalova bildirir ki, yanvarın 10-da günorta gəlini ulturasəs müainədən keçirib əməliyyata hazırladılar, lakin etmədilər: \’\’Əməliyyat tələb etsəm də, bildirdilər ki, gəlin və uşaq superdi, narahat olmayın hər ikisi tam sağlamdır. Lakin gəlinim ağrıya dözə bilmədiyindən yalvardım ki, xahiş edirəm əməliyyat edin. Zara həkim mənə dedi ki, sən məndən çoxmu bilirsən, mən sənin gəlninin vaxtını bilirəm. Həmin gün gecə gəlinim qizima və xalasına sms yazıb ki, ağrıdan ölürəm, mənə heç kim baxmır, həyat yoldaşı Qasımov Azərlə telefonla danışaraq halı pisləşdiyini deyib. Biz də gəlinə dedik ki, növbətçi həkimə müraciət et, dedi ki,yerimnən dura bilmirəm.

Səhəri gün, yani 11.01.17 ci il tarixində səhər saat 7 radələrində gəlinim Zara xanıma bildirib ki, mən ölürəm qan axmadan ayağa dura bilmirəm mənə baxan yoxdur təxmini saat 07:30 radələrində Elnurə gəlib görüb ki, qanaxma var deyib sənnən qabaq xəstə var qanaxma ilə onu əməliyyata saliblar. Sonra təxmini saat 9-10 da gəlinimi əməliyyat otağına aparıblar və nəticədə 3-4 saatdan sonra Elnurə həkim gəldi dedi ki, Qasımova Turanənin qohumlarınnan kim var, biz də saat 5-dən gedib orada gözləyirdik. Bizə dedi ki, Turanə sağdır amma uçaq tələf oldu. Mən ona dedim dünən uşaq sağ idi nə oldu. Dünəndən sizə yalvarıram ki, uşagı götürün niyə götürmədiniz? Dedi ki, mən kiməm Zara həkim bilər\’\’.

\’\’Uşaq Zaranin və digər həkimlərin səhlənkarlığı nəticəsində tələf oldu. Uşağı görməyi tələb etdim, Yasamal rayon Prokrorluğundan gələn prokror koməkçisi Anar adlı şəxs bizə dedi ki, uşağı gətizdirəcəm görün və morqa aparmalıyıq ki, ekspertizadan keçsin.Təxmini 1 saat gözlədik uşağı gətirən olmadı, orda tanimadigimiz bir mühafizəçi bizə dedi ki, nə gözləyirsiz yalandan uşaq yoxdur səhər əməliyyatdan sonra morqa yollayiblar. Morqa bizə dedilər ki, burda elə uşaq yoxdur. Prokror koməkçisi Anar müəllim onlara dedi ki, açın qapını, açdılar və məlum oldu ki uşaq morqada, sadəcə bizdən gizlədirlər. Mən və övladlarım Anar müəllimə sual verdi ki, bizim xəbər olmadan belə bir şey etmək düzgündürmü? O, həmin vaxt telefon ilə Zara xanimla danişırdı və sualımıza cavab olaraq bildirdi ki, qayda-qanun budur və cavabı 1 ay müddətinə çıxacaq, siz o vaxta kimi gəlib prokrorluğa izahat yazın. Aydın görünür ki, cavabı Zara xanim istədiyi kimi yazdıracaq. Mən uşağın dovlət tərəfindən təkrar ekspertiza olunmasını tələb edirəm. Çünki, mənə əməliyyat olan bir dəqiqəyə kimi hər şeyin yaxşı olduğunu və gəlinim və onun bətnindəki uşağın sağlam olduğunu, müayinələr anaizlər və həkimlər bildirib. Mən hər bir analizi oz gözümlə yaxşı olduğunu görmüşəm hətta doplerdə çox yaxşı çıxmışdır. Bizim dunyaya gələn körpəmiz bir mənalı olaraq həkimlərin səhlənkarlığı ucundan tələf oldu\’\’-deyə M.Zeynalova vurğuladı.

Şikayətçi onu da bildirdi ki, Respublika xəstəxanası dövlətin olsa da, açıq bazardır. Xadiməsindən tutmuş şöbə müdirinə kimi heç biri pul almamış heç nə etmir. Aidiyyəti qurumlardan bu məsələni ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik.

Xəstəxananın şöbə müdiri, həkim-ginekoloq Zəhra Abbasova Criminal.az saytına açıqlamasında bildirdi ki, Turanə Qasımova xəstəxanaya rayondan ağır vəziyyətdə gətirilmişdi. Ağır formalı allergiyası vardı, bütün bədəni səpmişdi. Hətta indi də həmin xəstənin qaşınması keçməyib. Rayonda antibiotik və allergiya dərmanları qəbul etmişdi, yüksək dərəcəli toksikoz idi.

Şöbə müdirinin sözlərinə görə, gözləri zəif olduğundan və vəziyyəti ağır olduğundan vaxtından tez qeysəriyyə əməliyyatına götürüldü və yaxşı haldır ki, ana sağ-salamtdır: \’\’Bayram günləri də gəlib bu xəstəni diqqətdə saxlamışam. Nə yaxşı ki ana sağdır. Kim istəyər ki, belə olsun? Ailənin özü də bilir ki, qızlarını ölümdən qurtarmışıq. Cəmi 24 yaşı var, gələn il gəlib ana olar. Söz vermişəm, onu özüm əməliyyat edəcəm. İş prokurorluqdadı. Çağırıblar, gedib olanı deyəcəyik. Amma həmin xəstənin yaxınları hadisədən sonra xəstəxananın iki qapısını sındırdı. Müharibədə oğullarımız şəhid olur, heç belə edirlər? Hadisədir oldu. Sevinirik ki, ana ölümü baş vermədi\’\’.

Xatırladaq ki, jurnalist Həsən Babayev da 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində keysəriyyə əməliyyatı zamanı övladının həkimlər tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.

Məlumat üçün bildirək ki, Z.Abbasova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

İnterpress.az