Bakıda binada yanğın – 2 nəfər xilas edildibackend

Bakıda binada yanğın – 2 nəfər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb. 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 3:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az