ABŞ-Çin gərginliyi artmaqdadırbackend

ABŞ-Çin gərginliyi artmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberturk”-ə istinadən bildirir ki, “Wall Street Journal”-a müsahibə verən Donald Tramp ABŞ dollarının Çin yuanına qarşı çox möhkəm olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər dolların yuana nisbətən ucuz olması ABŞ iş adamlarının Çinlə rəqabətə girməsini imkan vermirdi. Tramp daha sonra vergi siyasətindən danışaraq ABŞ vergi sistemini daha da sadələşdirilməsinin vacibliyini vurğulayıb. Digər tərəfdən sərhəd vergisinin artırılmasının vacibliyini bildirib.
Onun sözlərinə görə \”sərhəd vergisinin artırılması ilə ABŞ daxili istehsalına stimul verəcək və ABŞ iqtisadiyyatı 10 ildə 1 trilyon dollar gəlir əldə edəcək.”
Qeyd edək ki, Yeni ABŞ hökümətinin həyata keçirmək istədiyi vergi siyasəti ilə Meksikadan idxal mallarına 35, Çində idxal olunan mallara isə 45 faiz vergi tədbiq edəcək. ABŞ-da ixrac olunan mallara üçün tutulan vergi 35 faizdən 15 faizə endiriləcək.

İnterpress.az