“Reina” qatilinin qaldığı evi kim kirayələdi?backend

“Reina” qatilinin qaldığı evi kim kirayələdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu terrorçu ilə eyni evdə ələ keçirilən iraqlı Əli Camal Məhəmməd adlı şəxsdir.

Terrorçunun yaxalandığı binada icarə işlərini həyata keçirən Burak Sarıca evdə tutulan afrikalı qadınlardan birinin 3 gün öncə onların iş yerinə gəldiyini söyləyib. Burak Sarıcanın sözlərinə görə, onlar əcnəbi şəxslərə kirayəyə ev vermədiklərini bildirərək qadını geri qaytarıblar. Terrorçular mənzili Mahmud adında bir şəxsdən kirayəyə götürüblərmiş.

Kirayənişinlər mənzil üçün kirayə haqqını artıqlaması ilə ödəyiblər. Ev brokeri \”Reina\” terrorçusunu heç bir vaxt görmədiyni də söyləyib. Onun sözlərinə görə, binaya görünmədən avtomobil dayanacağından girmək mümkündür.

Terrorçunu qaldığı mənzilin 2016-cı ilin avqustun 16-dan 6 aylıq müddətə kirayəyə götürüldüyüi ortaya çıxıb. Mənzilin sahibi, əcnəbi vətəndaş Nurullah Zəki Naser evini kirayəyə verməkdən ötrü Esenyurtdakı bir inşaat firmasına müraciət edibmiş. Həmin firma isə evi ayda 750 türk lirəsinə Əli Camal Məhəmmədə verib.

İnterpress.az