Tramp İsrailə Qüdslə bağlı xeyr-dua verib? – AÇIQLAMAbackend

Tramp İsrailə Qüdslə bağlı xeyr-dua verib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Obama admistrasiyasının hakimiyyətdən getməsi və Dolnad Trampın hakimiyyətə gəlməsi, dünya ictimayətinin diqqət mərkəzindədir. Dünyanı, Trampın xarici siyasətinin necə olacağı ilə bağlı sual daha çox düşündürməkdədir. İnterpress.az bu sual ilə politoloq Elxan Şahinoğluna müraciət etdi.

Tramp İsrailə Qüdslə bağlı xeyr-dua verib? - AÇIQLAMA

Ekspertin fikrinə görə, Trampın seçki qabağı kompaniyada açıqladığı kimi Rusiya ilə yaxınlaşmağa çalışacaq və terrorçularla mübarizədə səylərini birləşdirməyə çalışacaq. Politoloqun dediyinə görə bu heç də asan məsələ deyil, çünki Rusiyanın sərgilədiyi Ukrayna və Suriya siyasəti istər Demokratlardan, istərsə də Respublikaçılardan olan siyasi elitanın narazılığına səbəb olub. Ona görə Trampın Rusiya ilə münasibətlərini normalaşdırmaq üçün nüvə silahlarının azaldılması üçün danışıqlara başlanması gözlənilir. Onu da vurğulamaq lazımdır ki, indiyəqədər heç bir ABŞ prezidenti bu addıma getməyib. Yəni, bu onu göstərir ki, Tramp Rusiya ilə münasibətlərin istiləşməsinə çalışacaq .

Tramp İsrailə Qüdslə bağlı xeyr-dua verib? - AÇIQLAMA

Trampın Çinlə bağlı siyasəti barədə nə düşünürsüz? Sualina isə politoloq belə cavab verdi: “Tramp artıq Çinlə münasibətdə çətiliklər yaşayır. Çin iqtisadiyyatda ABŞ-dan üstünlük əldə edib. Bu isə Trampın narahatçılığına səbəb olub. Digər tərəfdən Çinin okeanda özünə yaxın ərazi sularında hərbi təlimlərin keçirməsini tənqid edir. ABŞ-ın məşhur siyasətçisi Kisencerin gözəl fikri var ki, ABŞ və Rusiya ilə eyni vaxta mübarizə aparmaq olmaz, lakin Obama bu deyimə qulaq asmamışdı, Rusiya və Çinlə eyni zamanda mübarizə aparırdı. Düşünürəm ki, Tramp Kisencerin bu fikrinə sadiq qalacaq, Çinlə münasibəti pisləşdirdiyi vaxtda Rusiya ilə münasibətlləri yaxşılaşdıracaq. Trampın əsas marağı ABŞ biznesini yenidən canlandırmaqdır və ABŞ iş adamlarının ÇİN-də açdıqları zavodları yenidən ölkəyə qaytarmaq istəyir. Məncə Trampın yürütdüyü siyasətdə əsas olaraq bu istək olacaq.”

Tramp İsrailə Qüdslə bağlı xeyr-dua verib? - AÇIQLAMA

Politoloq Elxan Şahinoğlunun “ABŞ Ukrayna Yaxın Şərqdə fəal olacaqmı?” sualına münasibəti isə belə oldu: “Trampın Ukraynada fəal olacağını düşünmürəm çünki, Ukrayna Rusiya üçün çox həssas mövzudur. Yaxın Şərqə gəldikdə isə Tramp admistrasiyası bu bölgədə fəal ola bilər və Fələstin – İsrail danışıqlarının fəallaşmasına stimul verəcəkdir. Lakin Trampda bu istiqamətdə rezonans doğuran bir bəyanat yayıb. ABŞ səfirliyini Teləvivdən Qüdsə köçürmək istəyini bildirib. Bu isə bir çox ölkələrin narazılığına səbəb olub. Çünki İsrailin paytaxtı Tələvivdən Qüdsə köçürmək istəyi var və bir çox Ərəb ölkələri buna qarşı çıxır. Qüdsü İsrail ərazisi kimi tanımır. Tramp bu çıxışı ilə Qüdsün İsrailin paytaxtı olması ilə bağlı xeyr-dua verdiyi kimi yozulur.”

Ekspert Tramp admistrasiyasının “Dağlıq Qarabağ” danışıqlarında fəallığı olacaqmı? Sualını da cavablandırdı: “Barak Obama prezidentliyi dönəmində heyiflər olsun ki, Cənubi Qafqaza o qədərdə maraq göstərmədi. Baxmayaraq ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Tramp Admistrasiyasıda Cənubi Qafqazda və “Dağlıq Qarabağ” münaqişəsinin həllində fəal olmayacaq.

Orxan Muxtarlı
İnterpress.az