“O qaz Azərbaycana pulsuz verilir, niyə qiyməti artırılır ki?”backend

“O qaz Azərbaycana pulsuz verilir, niyə qiyməti artırılır ki?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bunu BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun manatın ucuzlaşmaqda davam edəcəyi təqdirdə, qurumun aidiyyəti qurumlara müraciət edəcəyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, SOCAR rəhbərliyinin sözügedən açıqlamasında ziddiyyətli məqamlar var: \”Çünki SOCAR rəhbərliyi xaricdən aldıqları qazın maya dəyərinin baha olduğunu, dollarla aldıqda valyutanın məzənnəsinin dəyişməsini, Azərbaycan manatının dəyərdən düşməsini əsas gətirərək yenidən qazın qiymətinin qaldırılması ilə bağlı müraciət edə biləcəklərini açıqlayıb. Amma SOCAR rəhbərliyi özünün daxili resurslar və imkanlar hesabına hasil etdiyi qazı nəzərə almır. Çünki Azərbaycanda SOCAR tərəfindən qaz hasil olur.

Həmçinin Beynəlxalq əməliyyat şirkəti BP tərəfindən operatorluğu həyata keçirilən beynəlxalq əməliyyat şirkətin də neftlə birgə çıxan səmt qazı Azərbaycana, ümumiyyətlə pulsuz verilir.

Səmt qazı Azərbaycana pulsuz verilirsə, Azərbaycanın özü SOCAR vasitəsi ilə qaz hasil edirsə, nəyə görə xaricdən alınan qazın maya dəyərinin artması əsas gətirilərək ümumi bahalaşdırılma ilə bağlı müraciət olunmalıdır? Niyə buna aydınlıq gətirilmir?”

İqtisadçı bildirib ki, qazın qiymətinin yenidən artması əhaliyə ciddi zərbə ola bilər: \”Qazın qiyməti çox qısa müddət əvvəl artırılıb. Yenidən belə artımın olması əhaliyə ciddi zərbə ola bilər. Bundan əlavə, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.

Qeyd edək ki, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov təbii qazın qiymətinin arıtırıla biləcəyi ilə bağlı açıqlama verib \”Manatın devalvasiyası SOCAR üçün əlavə zərər yaradır. Ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür.

Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək\”.

İnterpress.az