Səfirin öldürüldüyü sərginin koordinatoru həbs edildibackend

Səfirin öldürüldüyü sərginin koordinatoru həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, araşdırma zamanı səfirə sui-qəsdin hazırlandığı sərginin koordinatoru T.Ö. istintaqa cəlb olunub. Adı tam açıqlanmayan şəxs Ankarada saxlanılıb.

Qeyd edək ki, koordinator hadisədən sonra verdiyi açıqlamada səfiri öldürən polis əməkdaşı Mövlud Mərd Altındaşı cangüdən zənn etdiyini demişdi. Karlovu öldürən Altındaşla bağlı başqa bir məlumat da ortaya çıxıb. Cinayətkar dekabrın 14-də otelə zəng edərək 16 dekabr tarixinə otaq sifariş edib. Lakin sonra fikrini dəyişərək, sifarişin 19 dekabra keçirilməsini istəyib.

Xatırladaq ki, Andrey Karlov 19 dekabrda Ankarada keçirilən foto-sərgidə öldürülüb. Faktla bağlı indiyə qədər 20 şəxs saxlanılıb. Hadisəni törədən şəxsin FETÖ üzvü olduğu aydınlaşıb.

İnterpress.az