Cavanlaşın – Aloye şirəsi iləbackend

Cavanlaşın – Aloye şirəsi ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmçinin bu qidaların orqanizmə necə təsir etməsindən asılıdır. Aloye şirəsi biostimuləedici kimi çox keyfiyyətlidir. Bu şirə hüceyrələrin cavanlaşmasının, bərpasını təmin edir. Bunun üçün 3 yaşlı aloyenin 2 həftə sulamamaq şərti ilə saxlanılır. Sonra ən aşağı zoğundan biri kəslir, tünd rəngli kağıza bükülür, 2 həftə soyuducunun aşağı gözündə saxlanılır. Aloye solduğu zaman tərkibindəki insana təsir edən bioqen maddələr yaranmağa başlayır.

Aloye gülünü isti su ilə yuyub, quruladıqdan sonra, ət maşınından keçirilir və cunadan sıxılır. Alınan mayeni soyuducunun don gözündə saxlanılır və buz şəkilində üzə sürtülür. Bu dəridəki xırda qırışların aradan qalxmasına kömək edəcək.

Soyuducudakı buzlardan müxtəlif cür maskalar hazırlayıb istifadə etmək olar. 1 dördbucaqlı buza 1 yumurta sarısı ya 1ç.q bal qarışdırılır.

Yaxud qışda 1 aloye buzuna 1 ç.q zeytun yağı qarışdırıla bilər.
1 aloye buzuna 1ç.q təzə kənd südü qatıla bilər.
Dərisi yağlı olanlar 1:4 etil spirti qata bilər.

Biostimuləedici şirə fermentlərlə zəngindir. Aloye nəinki üz dərisini həmçinin daxili orqanları da biostimuləedici təsir edir. 100qr şirəyə, 500qr qoz, 300qr bal, 3-4 limon qarışdırılır. Gün ərzində 3 dəfə çay qaşığı yaxud desert qaşıqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

Qeyd: Aloye şişlərə qarşı həssasdır və alergiyası olanlara məsləhət deyil.

Cavanlaşın - Aloye şirəsi ilə

İnterpress.az