Azyaşlılara internet Qadağasıbackend

Azyaşlılara internet Qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq valideynlər azyaşlıların girdikləri saytlara filtrləmə xidməti vasitəsilə nəzarət edə biləcəklər.

İnterpress.az Bakl Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) verilən məlumata əsasən xəbər verir ki, qurum müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə başlayır.

Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə həm də böyüklərin arzuolunmaz məzmunlu videoreklamlardan, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.

Layihə barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

İnterpress.az