“Maskalılar” sabiq polis əməkdaşını oteldə qızlarla tutdularbackend

“Maskalılar” sabiq polis əməkdaşını oteldə qızlarla tutdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə başlayan prosesdə zərərçəkmiş şəxs qismində tanınmış Kərimov Neman Süleyman oğlu ifadə verib. O, Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a deyib ki, zərərçəkmiş N.Kərimov məhkəmədə sərbəst şəkildə geniş ifadə verib. N.Kərimovun məhkəmədə dedikləri ilə istintaqa dedikləri arasında ziddiyyətlərin olduğunu deyən vəkil fasilədən sonra zərərçəkmişə suallar veriləcəyini deyib: \”Ziddiyyətlərdən biri budur ki, N.Kərimov istintaqda Akif Çovdarovun adını çəkməyib. Amma məhkəmədə fərqli şəkildə danışıb və MTN-ə çağırılmasından A.Çovdarovun xəbərinin olduğunu, generalla görüşdüyünü deyib. Fasilədən sonra zərərçəkmişin istintaqa ifadəsinin elan olunmasını tələb edəcəyik. Bundan sonra ziddiyyətlərlə bağlı suallar veriləcək\”.

Sabiq polis əməkdaşı MTN-dən nə zərər çəkib?

N.Kərimov istintaqda zərərçəkmiş kimi ifadə verərkən deyib ki, 2009-cu ildə dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə \”Elit\” otelinə istirahətə gediblər. O, bildirib ki, tanımadığı şəxslər otelə gələrək özlərini MTN əməkdaşı kimi təqdim edib və dayısı oğlu ilə birlikdə onları nazirliyə aparıblar. Onu MTN-ə aparan şəxsin Vüqar Muxtarov olduğunu deyən zərərçəkmiş nazirlikdə polkovnik Səlim Məmmədov və Elçin Çıraqovun da oraya gəldiklərini söyləyib.

Zərərçəkmiş Elçin Çıraqovu Nərimanov Rayon Polis İdarəsində işləyərkən tanıdığını deyib: \”MTN-nin Nərimanov rayon idarəsi və polis eyni binada yerləşirdi. Elçin Çıraqovla tez-tez qarşılaşırdım. Səlim Məmmədovu isə 2006-cı ildə Elçinin oğlunun ad günündə iştirak edərkən tanıdım. Səlim MTN-də mənə \”Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz\” dedi. Səlimdən bu sözün mənasını soruşdum, lakin o, gülərək \”mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim\” dedi\”.

MTN-ə çağırılma səbəbi haqda danışan Neman Kərimov bunları deyib: \”Səlim Məmmədov dedi ki, Sevinc Məmmədova şikayət ərizəsi yazıb, ona 30 min manat borcum olduğunu deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Onu sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanımışam. Elşad Abdullayevlə də tanışlığım olub. Həqiqətən də Sevincdən borc olaraq 30 min manat almışdım. Nə səbəbə aldığımı isə hazırda xatırlamıram. Sabiq prokuror Mirələkbər Seyidov o vaxt məni otağına çağırdı. Sevinc məndən şifahi şikayət etmişdi. Mirələkbər Seyidov mənim yanında Sevincə 10 min verdi ki, məndən şikayət etməsin. Sevincə cəmi 20 min manat borcum qaldı. MTN-də bu haqda soruşanda Səlim Məmmədov belindən \”Makarov\” tipli tapançanı çıxarıb mənə verdi ki, saxla. Lakin əlimi silaha vurmadım. Daha sonra Səlim Məmmədov sidiyimi test etdirdi. Səlim və Elçin ona 250 min verməsəm, silah və narkotiklə məni \”yükləyib\”, həbs edəcəklərini dedilər. Sonra Sevinc gəldi. Ondan borc aldığımı təsdiqlədim. Qiyməti 80 minə saldılar. 30 mini Sevincə 50 mini onlara verməyimi istədilər\”.

Zərərçəkmiş N.Kərimov ifadəsində qeyd edib ki, dayısı Zakir Mövsümovdan 80 min alaraq onlara verdib və nazirlikdən çıxıb. (musavat)

İnterpress.az