18 yaşlı qız dərmandan zəhərlənibbackend

18 yaşlı qız dərmandan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 18-i axşam saat 17:00 radələrində rayonun Yengiyan kənd sakini, 1999-cu il təvəllüdlü Aygün Nurullah qızı Gülməmmədova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, 18 yaşlı A. Gülməmmədova yaşadığı ünvanda bilərəkdən eyni adda 16 ədəd dərman həbi qəbul edib. Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən A. Gülməmmədova evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

İnterpress.az