Kokos yağı ilə dəri və saça qulluqbackend

Kokos yağı ilə dəri və saça qulluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qidada istifadə olunduqda kokos yağı qanda şəkərin miqdarını normaya salır, ürək xəstəliklərinə qarşı mübarizə aparır, artıq çəkidən azad edir və immun sistemini yaxşılaşdırır.

Saçlara və dəriyə olan faydalarına gəldikdə isə bu yağ dərini daha da parlaq edir, mikroblardan təmizləyir, saçları nəmləndirərək qidalandırır və parlaqlıq qatır. Sağlam dəri və saçlara sahib olmaq istəyirsinizsə, o zaman təbii kokos yağının əvəzedilməz rolu barədə yazdığımız bu məqaləni oxumaqda fayda var.

Kokos yağının dəridə necə istifadə etməli?
İlk əvvəl bu yağı istifadə etmək sizin üçün çətin ola bilər, çünki yağ konteynerdə bərk formada olur. Bunun üçün yağı isti su doldurulmus qaba qoyun və bir qədər gözləyin. Yağ əridikdən sonra istifadəyə hazırdır. Əlinizlə yağı bədəninizin istənilən nahiyəsində dəri üzərinə çəkərək nəmləndirə bilərsiniz. Hətta bu yağı üz dərisini nəmləndirmək üçün də istifadə etmək olar. Təbii antibakterial xüsusiyyətlərə malik olduğu üçün hətta üzdə olan sızanaqları sağaltmaq gücünə də malikdir.

Kokos yağını saç üçün necə istifadə etməli?
Bu təbii nəmləndiricini saçlarımıza kondisioner kimi istifadə etmək olar. Saçlarınızı yumazdan bir saat əvvəl yağı saçlarınıza kökündən ucuna doğru sürtün və 1 saata yaxın gözləyin. Daha sonra saçlarınızı yuya bilərsiniz. Bu metod saçları möhkəmləndirir, zədələnməkdən qoruyur və daha yumşaq və parlaq edir. Buruq saçlara sahib olan xanımlar kokos yağından həmçinin saçları yuduqdan sonra da istifadə edə bilərlər. Yağı əllərinizə çəkib nəm saçları masaj edin.

Həmişə baxımlı qalın!

Kokos yağı ilə dəri və saça qulluq

İnterpress.az