İstanbulda törədilmiş terrorun Yeni görüntüləri – VİDEObackend

İstanbulda törədilmiş terrorun Yeni görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüntülər Türkiyənin Kanal D kanalının xəbərlər buraxılışında yayımlanıb.

Görüntülərdə yerə uzanan bir nəfərin terrorçuya təpik atması yer alıb. Bu zaman terrorçunun əlindəki “flashbang”ı partlatması kadrları görünür.

Partlayışdan sonra bir müddət yerdən qalxa bilməyən terrorçu ayağa qalxaraq hadisə yerindən uzaqlaşır. Gecə klubunu tərk edən terrorçu polislərə yaralı olduğunu deyərək onların diqqətindən yayına bilir.

Xatrıladaq ki, dekabrın 31-də Yeni il gecəsi İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda terror hadisəsi baş verib. AK-47 avtomatı və əl qumbarası ilə törədilən terror aktı zamanı 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı terror aktını törədən 1983 təvəllüdlü Abdülqədir Maşaripov yanvarın 17-də həbs edilib. (avopa.info )

İnterpress.azhttps://youtube.com/watch?v=lsvEXJJKV7E