Qanunsuz torpaq satan şəxs saxlanılıb – VİDEObackend

Qanunsuz torpaq satan şəxs saxlanılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB TV istinadən xəbər verir ki, 37 yaşlı Həmid Abdinov 3 aydan artıq müddətdə axtarışda olub.

O bir neçə şəxsə başqasına məxsus torpaq sahəsini özününküymüş kimi göstərərək hissə-hissə satıb. Yaxın müddətdə sənədləri düzəldəcəyinə söz verərək onların etibarını sui istifadə edərək pullarını mənimsəyib. Abdinovun vətəndaşlara 25 mindən çox maddi ziyan vurduğu bildirilir.

Həmid Abdinov – Saxlanılan Şəxs: \”Deyir satmısan indi isə qaytarıram pulumu ver. Deyirəm imkan ver başqa əmlakımı satıb qaytararam\”.

İstintaqla müəyyən edilib ki, Həmid Abdinov yaxın qohumu olan Naibə Novruzluya məxsus 4 ədəd kürkü alaraq satıb. Pulunu verəcəyinə söz versə də vədini əməl etməyib. Saxlanılan şəxs isə cəmi 1 kürk aldığını deyir.

Həmid Abdinov – Saxlanılan Şəxs: \”Şuba satırdı. Şubanı gedib mənim əmimin qaynından götürüb. Mənim də xəbərim yox. Gedib ondan 1 şuba alırdım. Dedi ki, şubanı 1 aylığına borca verərəm. Zəng elədi ki, tez ol təcili pulu götür gəl. Demişəm ki, imkan verin qaytararam\”.

Bu şəxsi görüb, tanıyanlardan Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

İnterpress.az
https://youtube.com/watch?v=11_S7pDoQp4