“İmkanım olsa yenə də öldürərəm”backend

“İmkanım olsa yenə də öldürərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər veirr ki, “Reina” gecə klubuna hücum edib qətliam törətmiş Abdulqədir Maşharipovun axtarışlarında Türkiyə sərhədləri daxilində gizlənən digər “İŞİD” terorçu qupların izinə düşdülər. Terrorçuları axratan cinayət axtarış qrupu daha 30 İŞİD- çini saxlama, gizlətmə təhlükəsi olan evlərdən 200 nəfər yad ölkəli vətəndaşı göz altına aldı. Bunların arasında İŞİD silahlıları ilə ciddi əlaqədə olanlar da ələ keçirildi.
Abdulqədir Maşharipov İŞİD-in Raqqadakı komitə mərkəzindən təlimatlandığını, göz altına alındığı zaman müsadirə olunmuş 197 min ABŞ dolların İŞİD terror qruplaşmasının hücrə-ianə evlərindən toplandığını bildirib. Qətliamda istifadə etdiyi “Kalaşnikov” silahini ona təhvil verən İŞİD üzvü Maşharipovun 4 yaşlı oğlunun ona “ayaq bağı olmaması” üçün özü ilə apardığını, İstanbulu tərk edəcəyində oğlunu ona təhvil verəcəklərini söylədiyini bildirib.”Reina” qatili Abdulqədir Maşharipov yaxşı türkcə bilmədiyini əsas gətirərək ona verilən sualları ingilis dilində cavablandırıb. Törətdiyi cinayətə peşman olmadığını, bir daha imkanı olarsa yenidən qan tökəcəyini deyib.

İnterpress.az