Mərkəzi Kəşfiyyat İdarəsi Bakıda kursantların qiyamı HAQDAbackend

Mərkəzi Kəşfiyyat İdarəsi Bakıda kursantların qiyamı HAQDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az virtualaz.org-a istinadən bildirir ki, MKİ-nin sənədlərindən biri (CIA-RDP81-01036R000200080050-0) 1954-cü ilin iyulunda qeydə alınıb. Sənəddəki informasiya hesabatı Bakı Aviasiya Məktəbində kadetlərin güman edilən qiyamına aiddir.

Hesabatda deyilir ki, məktəbin kadetlər qrupu onlarla rəftardan narazılıqlarını bildiriblər. Amma rəhbərlik şikayətin qoyulmuş rəsmi kanallar üzrə göndərilmədiyini əsas gətirərək bu əməli qiyam cəhdi kimi qiymətləndirib. Nəticədə həmin kadetlərə əlavə cəza növləri tətbiq edilib.

Münaqişənin kəskinləşməsi məktəb kollektivinin ümumi yığıncağının keçirilməsi ehtiyacını doğurub. Və orada kadetlər qrupu başqa rursantları öz tərəflərinə cəlb etməyə çalışıblar.

Məktəbin rəisi yığıncağı yekunlaşdırmağa çalışıb, amma kadetlər tərəfindən fiziki müqavimətlə rastlaşıb və nəticədə, hesabat müəlliflərinin fikrincə, hərbi məktəbdə görünməmiş vəziyyət yaranıb.

Olduqca pis nəticələrlə sonuclanan səs-küylü qalmaqal olub.
Bu hadisənin araşdırılması üçün polkovnik Yevgeni Lazarev Nuxadan (Şəki – red.) Bakıya çağırılıb.

İnterpress.az