Poroşenkonun fabriki bağlanırbackend

Poroşenkonun fabriki bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.

“2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb “Rospotrebnadzor”un 2013-cü ildə “Roshen”ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda “Roshen” istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır”, – deyə şirkətdən bildirilib.

İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.

Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən “Roshen” fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib.

İnterpress.az