Uşaqlar cizgi filmlərindən nə öyrənir?backend

Uşaqlar cizgi filmlərindən nə öyrənir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir insanın dəyərlərinin özülü uşaqlıq vaxtından qoyulur. Uşaqlıq dönəmində müsbət və mənfi qəhramanların obrazları, oxuduğumuz nağıllar baxdığımız cizgi filmləri ilə sıx bağlıdır və şəxsiyyətin formalaşmasında önəmli rol oynayır. İnformasya Texnologiyaların inkişafı uşaqların da həyatına təsrsiz ötüşməyib. Müasir uşaqlar gün ərzində telefonda oyunlar oynayır və dünyanın müxtəlif ölkələrin məhsulları olan cizgi filmlərinə baxırlar. Bunun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləridə az deyil. Miəsələn: bizim valideyinlərimiz bir cizgi filiminin təsri altında böyüyürdü və bu hamının insanlıq kodeksinin eyni olması ilə nəticələnirdi. İndiki zamanda isə uşaqlar fərqli ölkələrin cizgi filmlərinə baxdığı üçün düşüncə tərzləri və dünya görüşləri çox fərqlənir. Sovet dönəmindən fərqli olaraq müasir cizgi filmləri uşaqlarda daha çox aqressiyanın aşılanmasına zəmin yaradır. Cizgi filmlərini ölkələrə görə analiz etsək görərik ki, hər ölkə öz mədəniyyətini aşılayır. Məsələn: rus cizgi filmlərində mənfi obrazda olan “musurmanlar, nexristi” personajları bizim ulularımızı nəzərdə tutur. Yəni bizim uşaqlar öz kökünə nifrətlə böyüyür. ABŞ cizgi filmlərində isə dava, aqresiya və bir çox hallarda mənfi personaj kimi qəbul olunanları müsbət kimi təqdim edirlər. Bu isə uşaqlarda psixoloji aqressiya və depressiyanın özülünü qoyur. İndiki bazarda Azərbaycan cizgi filminin yox səviyəsində olması isə milli şüurun formalaşmasına mənfi təsir göstərir.

İnterpress.az mövzu ilə əlaqədar Azərbaycanda tanınmış rejisor Samir Kərimoğluya müraciət etdi.

Uşaqlar cizgi filmlərindən nə öyrənir?

Bədii filmlərin insanlara psixoloji təsiri olduğu kim,i cizgi filmləri də kiçik nəsil nümayəndələrinə təsir göstərir. Sovetlər dönəmində cizgi filmlərin verdiyi mesaja xüsusi diqqət yetirilirdi. İndidə həmən cizgi filmlərinə baxanda uşaqlıqda aldığımız həzzi alırıq.

İndiki cizgi filmləri ilə sovet cizgi filmləri arasında nə fərq var?

Nəsillər arasında olan fərqlər cizgi filmlərində də özünü göstərir. Bu təkcə cizgi filmləri ilə əlaqəli deyil, seriallarda və kinolarda da belədir. Zaman keçdikcə izləyici daha fərqli işi görmək istəyir və köhnə kinolar, cizgi filmləri artıq onun üçün maraqsız olur. Əvvələr çəkilən cizgi filmlərinin əksəriyyətinin içi dolu idi. Nümunə üçün “Çippolino”nu misal çəkmək olar. O cizgi filminin mövzusu indi də aktualdır və gələcəkdə də aktual olaraq qalacaq. Elə müasir cizgi filmləri var ki, onlar dünya ictimayyəti tərəfindən çox böyük maraqla qarşılanır və bu cizgi filmi də digərləri kimi dünya cizgi film sənətinin qızıl fonduna düşüb və hər zaman seviləcək. Cizgi filmlərin zəif və güclü olmasını zamana görə bağlamaq düzgün olmaz. Hər dövrün ğzünə məxsus yaxşı və pis hesab olunan əsərləri olur. Buna misal olaraq Leonardo da Vinçini göstərə bilərik. Həmin dövrdə çox sayda rəssamlar olub, amma Leonardo da Vinçinin rəsmləri hamısından daha qiymətli və dəyərlidir.

Azərbaycanda cizgi filminin durumu barədə nə deyə bilərsiniz?

Cizgi filmi kino filmindən fərqli olaraq texniki işçilərdən daha çox asılıdır. Sovet dönəmindəki professionalların çoxusu xaricə getdi və milli cizgi filmi bundan zərər çəkdi. Azərbaycanda bir neçə cizgi filmi çəkdilər, lakin sonra bu proses dayandı. Əslində cizgi filmi çəkmək məqsədi qoyulmamalıdır. Ondan öncə cizgi filmində işləycək insanların yetişdirilməsi məsələsi gündəmdə olmalıdır. Çünki nağıl gözəl ola bilər, lakin onu ekranlaşdırmaq üçün çox böyük komandanın zəhməti tələb olunur.

Mövzu ilə bağlı digər ekspert “Loqos” psixoloji və nitq mərkəzinin psixoterapevti Vasif Əliyeva müraciət etdik.

Uşaqlar cizgi filmlərindən nə öyrənir?

Əgər biz normal psixoloji duruma malik uşaqdan danışırıqsa onda mövzuya regional psixologiya tərəfdən baxmalıyıq. Çünki hər bir insanın psixologiyası olduğu kimi hər bir regionun da öz psixologiyası mövcuddur. Uşaq xarici cizgi filminə meyl göstərirsə təbi ki, bu cizgi filmlərin onlara təsiri var. Hər bir uşağın müəyyən psixoloji dönəmi var ki, ətrafında olanları əks etdirməyə çalışır. Uşaq hər hansı bir personajı özünə qəhrəman seçir və özünü ona oxşatmağa başlayır. Bununla da uşaqlar özlərini həmin peronajın yerinə qoyaraq o qəhrəmana bənzəmək istəyərək özlərini ətrafındaki insanlara sübut etməyə çalışırlar. Təbii ki, uşaq psixoloji baxımdan yetkin olmadığı üçün seçdiyi qəhrəmanın danışıqlarını, hərəkətlərini real həyatda tədbiq etməyə başlayır. Uşağın seçdiyi qəhrəman mənfi obraz olduqda ətrafdakı insanlarla münasibətdə problemlərin yaşanması müşahidə olunur. Digər tərəfdən uşağın seçdiyi personaja bağlılığı gələcəkdə onun xarakterinin formalaşmasına da böyük təsiri olur.

Xarici cizgi filmlər uşaqlara fərqli mədəniyyəti aşılayırmı?

Təbii ki, xarici ölkə hər hansı cizgi filmi çəkirsə onu öz mədəniyyətinə, psixologiyasına uyğun çəkir. Əgər uşaq o cizgi filmlərindən özünə qəhraman seçərsə onun hərəkətləri bizim cəmiyyət tərəfindən birmənalı qəbul olunmayacaq. Ətrafımıza baxsaq uşaqlara cizgi filmlərinin təsirini çox aydın görə bilərik. Məsələn ABŞ cizgi filmlərinə baxan uşaqla, rus cizgi filmlərinə baxan uşağın və Məlikməmməd cizgi filminə baxan uşaqlar arasında mühüm fərqlilik olacaq. Onlar eyni mövzuya fərqli rakurslardan yanaşacaq.

Sovet dönəmində çəkilən cizgi filmləri ilə indiki cizgi filmlərini müqayisə etsək hansı daha üstün sayılar?

Sovetlər zamanı biz konkret dövlət qurumunun tərkib hissəsi idik və həmən dövlətin müəyyən ideoloji doktrinası mövcud idi. Çəkilən cizgi filmləri, kino filmlər, ədbiyyatlar həmən doktrinadan çıxış etmək məcburiyyətində idi. Ona görə sovet vətəndaşına şüuraltı olaraq uşaqlıqdan müəyyən psixologiya formalaşdırılırdı. İndiki dönəmdə isə Azərbaycan vətəndaşı daha azaddır və informasiyanı fərqli yerlərdən alır. Bizim uşaqlar istəsə ABŞ cizgi filminə, istəsə digər ölkənin istehsalı olan cizgi filminə baxacaq. Onun üçün xüsusi qadağa yoxdur. Bu yalnız uşağın və onun valideyinlərinin seçimindən asılı olan bir məqamdır. İndiki dönəmdə üstünlük ondan ibarətdir ki, müasir uşaq daha müstəqildir və hərtərəfli yetişir. Müəyyən yaşa çatanda o, nə istədiyini bilir. Sovetlər dönəmində isə mütləq yönləndirməyə ehtiyac vardı.

Orxan Muxtarlı
İnterpress.az