20 Yanvar şəhidi Fərizənin ailəsindən VİDEOREPORTAJbackend

20 Yanvar şəhidi Fərizənin ailəsindən VİDEOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“A24.az” saytının əməkdaşları belə bir gündə Fərizənin ailəsinə baş çəkib. 20 Yanvar gecəsi yaşanları ilk olaraq Fərizənin anası Bağda Nəbiyeva danışdı:

“Həmin hadisələrin baş verdiyi gün mən Xətai metrosunun yanında – oğlumun evində idim. Gecə orda qalmışdım. Gecə boyu mənim şəhərdən xəbərim olmayıb. Səhər gəlinim məni evimə piyada gətirdi. Yolda gələndə dəhşətə gəldim. Deməli, gecə gəliblər, nə böyüyə baxıblar, nə kiçiyə, hamını qanına qəltan ediblər. Onda İlham işdən gəlib evə dəymişdi. Deyib paltarımı dəyişib mən də onların içində gedim. Fərizə qayınanasına deyib ki, qoyma İlhamı getməyə. Qayınanası “o getməyib də, bəs kim getməlidir?” deyib. O hardan bilərdi ki, bir dəfə getməklə belə olacaq?!”

Fərizənin atası Çoban Nəbiyev isə qızının özünü öldürdüyü günü belə xatırlayır:

“Həmin gecə mən bu evdə tək idim. Səhər 6-ı idi, gördüm Fərizə gəldi, əynində paltosu var idi, dedi İlhamı vurublar. Öyüd-nəsihət, təsəlli verdim ona. Fərizə “mən papaq deyiləm başdan başa qoyulam” deyib getdi. Mən də onun dalınca getdim, gördüm ki, onların evlərinin qabağı adamla doludur. Komendant saatı idi, maşına qoyduq, Semaşkoya apardıq ki, zəhərlənib. Hətta yolda az qala bizi də vuracaqdılar. Amma xəstəxanaya çatanda Fərizə keçindi. Bax belə oldu…”

İnterpress.az “A24.az”-ın Fərizənin ailəsindən hazırladığı videoreportajı təqdim edir:

İnterpress.azhttps://youtube.com/watch?v=W5FYVw5SRx0