“Acı badəm”- lə  ağzınız şirin olsunbackend

“Acı badəm”- lə ağzınız şirin olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
50 qr qoz ləpəsi
100 qr badam ləpəsi
100 qr fındıq ləpəsi
350 qr şəkər tozu
5 ədəd yumurta ağı
25 qr vanil
Hil, hind qozu, alma sirkəsi, duz – hərəsindən bir çimdik

Bəzək üçün:
Badam ləpəsi

Hazırlanması:
Çərəzlər tavada qovrulub üyüdülür. Üzərinə şəkər tozu, yumurta ağı, hil, sürtgəcdən keçirilmiş hind qozu, alma sirkəsi, duz, vanil əlavə edilib zəif odda 15 dəq. (kütlə ağaranacan) qarışdırılır.
Soba listinə yağlı kağız (kalka) salınır. Soyudulmuş sıyıq şəklindəki kütlə 15 dəq. sonra mətbəx torbasına doldurulub kalkanın üzərinə gül formasında salınır.
“Acı badəm” in üzərinə bütöv badam ləpəsi qoyulub 150 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir.

“Acı badəm”- lə  ağzınız şirin olsun

İnterpress.az